Anar Eminov: MDU ilə Marmara Universiteti arasında yeni yaradılmış Birgə Koordinasiya Komitəsi regionda elmin inkişafına mühüm töhfə verəcək"


Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Marmara Universiteti arasında Anlaşma Memorandumunun imzalanması Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin elm və ali təhsil müstəvisində yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Memorandumun əhəmiyyətini dəyərləndirən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov AZƏRTAC-a açıqlamasında bildirib ki, çağdaş dövrdə universitetlər arasında qurulan tərəfdaşlıqlar akademik əlaqələrin genişlənməsi ilə yanaşı, həm də ortaq elmi düşüncənin, innovasiya mədəniyyətinin, rəqabətqabiliyyətli insan kapitalının və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edən strateji platformadır.

Açıklama yok.

Rektor diqqətə çatdırıb ki, "Marmara Universitetində keçirdiyimiz görüş və imzaladığımız Anlaşma Memorandumu iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında sənəddən daha böyük məna daşıyır. Bu gün atılan addım Azərbaycan ilə Türkiyə arasında tarixdən gələn qardaşlığın elm, təhsil və innovasiya müstəvisində yeni məzmun qazanmasının bariz ifadəsidir. Biz bu əməkdaşlığı iki universitet arasında münasibətlərin inkişafının təzahürü olmaqla bərabər, ortaq intellektual gələcəyin formalaşdırılmasına xidmət edən strateji akademik tərəfdaşlıq modeli kimi dəyərləndiririk."

Açıklama yok.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin" fikirlərinin ölkələrimiz arasında münasibətlərin mahiyyətini ən dəqiq ifadə etdiyini vurğulayan rektor qeyd edib ki, bu siyasi iradə bu gün ali təhsil sahəsində də öz real təzahürünü tapır. "Bir millət, iki dövlət" fəlsəfəsi artıq yalnız ortaq tariximizin və mədəni irsimizin deyil, həm də ortaq elmi gələcəyimizin inkişaf strategiyasıdır. İnanıram ki, universitetlərimiz arasında qurulan hər bir əməkdaşlıq bu strateji baxışın möhkəmlənməsinə xidmət edir.

Açıklama yok.

Anar Eminov bildirib ki, Marmara Universitetinin rektoru Mehmet Emin Okur ilə keçirilən görüşdə Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətlərinin ali təhsil, elm, innovasiya və insan kapitalının inkişafı sahələrində konkret layihələr vasitəsilə daha da möhkəmləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Görüş zamanı universitetlər arasında uzunmüddətli və nəticəyönümlü strateji tərəfdaşlığın inkişafı, tələbə və müəllimlərin akademik mobilliyinin genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və innovasiya yönümlü əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Tərəflər arasında Birgə Koordinasiya Komitəsinin yaradılması barədə əldə olunan razılıq isə əməkdaşlığın sistemli və davamlı inkişafına, ortaq tədqiqatların, laboratoriyaların, akademik mübadilə və ikili diplom proqramlarının səmərəli əlaqələndirilməsinə xidmət edəcək.

Açıklama yok.

Rektor bir məqamı xüsusi diqqətə çatdırıb ki, bu gün dünyada universitetlərin rolu ənənəvi təhsil anlayışını çoxdan geridə qoyub. Bu gün ali təhsil müəssisələri yeni bilik istehsal edən, innovasiya yaradan, texnologiyaların inkişafına töhfə verən, dövlətlərin rəqabət qabiliyyətini gücləndirən və insan kapitalını formalaşdıran aparıcı intellekt mərkəzləridir. Buna görə də universitetlərin beynəlxalq tərəfdaşlığı artıq seçim deyil, qlobal inkişafın zəruri tələbinə çevrilib. Mingəçevir Dövlət Universiteti də beynəlmiləlləşmə strategiyasını məhz bu baxış üzərində qurur. Bizim üçün əsas məqsəd əməkdaşlıq sənədlərinin sayını artırmaq deyil, uzunmüddətli elmi etimada, qarşılıqlı məsuliyyətə və konkret akademik nəticələrə söykənən tərəfdaşlıq mədəniyyəti formalaşdırmaqdır.

Açıklama yok.

Anar Eminov bildirib ki, Marmara Universiteti ilə əməkdaşlığımız məhz bu prinsiplər üzərində qurulub. Bu tərəfdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, o, təhsillə elmi, innovasiya ilə istehsalı, akademik biliklə cəmiyyətin inkişaf ehtiyaclarını vahid platformada birləşdirir. Hesab edirəm ki, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək birgə fəaliyyətlər yalnız universitetlərimizin elmi potensialını gücləndirməyəcək, həm də gələcəyin çağırışlarına cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.

Açıklama yok.

Bu əməkdaşlıq çərçivəsində nəzərdə tutulan birgə elmi layihələr, ortaq tədqiqat mühitinin formalaşdırılması, akademik mobillik proqramlarının genişləndirilməsi və innovasiya yönümlü təşəbbüslər universitetlərimizin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə, eləcə də Azərbaycan və Türkiyənin ali təhsil məkanında yeni uğur nümunələrinin yaradılmasına mühüm zəmin formalaşdıracaq.

Anar Eminov vurğulayıb ki, bu gün dünyada elm sərhəd tanımır. Elmi bilik paylaşıldıqca artır, innovasiya əməkdaşlıq mühitində formalaşır, universitetlərin nüfuzu isə onların beynəlxalq elmi şəbəkələrdə yaratdığı dəyərlə ölçülür. Azərbaycan və Türkiyə universitetləri arasında qurulan əməkdaşlıqlar da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Rektor xüsuilə diqqətə çatdırıb ki, bu əməkdaşlıqlar ortaq tədqiqat mədəniyyətinin formalaşmasına, elmi məktəblərin yaxınlaşmasına, gənc tədqiqatçıların beynəlxalq təcrübə qazanmasına və Türk dünyasının vahid akademik məkanının inkişafına mühüm töhfə verəcək.

"Əminəm ki, bu gün Marmara Universitetində atdığımız addım gələcəyə yönəlmiş ən dəyərli investisiyalardan biridir. Çünki universitetlər arasında qurulan əlaqələrin əsl dəyəri imzalanan sənədlərlə deyil, yetişən alimlərlə, həyata keçirilən tədqiqatlarla, yaradılan innovasiyalarla və cəmiyyətə qazandırılan intellektual dəyərlərlə ölçülür. Elm üzərində qurulan tərəfdaşlıqlar xalqların ortaq gələcəyinə xidmət edir. Bu gün Azərbaycan və Türkiyə universitetləri arasında yaratdığımız akademik körpülər sabah Türk dünyasının ortaq elmi məkanını, innovasiya ekosistemini və qlobal rəqabət qabiliyyətinə malik güclü intellektual gələcəyini formalaşdıracaq. Mingəçevir Dövlət Universiteti də bu böyük strateji missiyanın həyata keçirilməsinə bundan sonra da qətiyyətlə və məsuliyyətlə öz töhfəsini verməyə davam edəcək."- deyə Anar Eminov fikirlərini yekunlaşdırıb.


MANŞET XƏBƏRLƏRİ