Ağ Evdən açıqlama: Tramp Vensin fikirlərini dəstəkləyir


Ağ Ev bildirib ki, Prezident Donald Tramp vitse-prezident JD Vensin xarici ölkələrin ABŞ ictimai rəyinə təsir göstərməyə çalışdığı ilə bağlı fikirlərini bölüşür.

Turkustan.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livit gündəlik brifinqdə jurnalistlərin Yaxın Şərq və ABŞ siyasəti ilə bağlı suallarını cavablandırıb.

JD Vensin İsraillə bağlı son açıqlamaları və xarici ölkələrin ABŞ siyasətinə təsir göstərməyə çalışdığı barədə fikirləri xatırladıldıqda, Livit Prezident Donald Trampın bu mövqelə razı olduğunu bildirib.

"Prezident bu fikirlə tam razıdır. Bəli, xarici ölkələr Amerika ictimai rəyinə təsir göstərməyə çalışırlar. Buna heç bir şübhə yoxdur. Bu, sadəcə reallıqdır", – deyə, Livit vurğulayıb.

Livit həmçinin Trampın Türkiyəyə səfərinə də toxunaraq bildirib ki, ABŞ Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən məmnun qalıb və Vaşinqton-Ankara münasibətlərinə böyük önəm verir.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ