Suriya: Hizbullaha silah və raket qaçaqmalçılığı cəhdinin qarşısı alındı


Suriyanın Daxili İşlər Nazirliyi ölkənin İraqla sərhədində Livanın Hizbullah hərəkatına göndərilməsi planlaşdırılan qabaqcıl silah və raketlərin qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısının alındığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, nazirliyin SANA agentliyinə verdiyi məlumata görə, əməliyyat xüsusi təyinatlı qüvvələr tərəfindən həyata keçirilib və qanunsuz silah daşınmasının qarşısı sərhəd bölgəsində alınıb.

Bildirilib ki, əməliyyatla bağlı ilkin araşdırmalar artıq başa çatıb. Araşdırmanın nəticələrinə əsasən, ələ keçirilən silah və raketlərin Livandakı Hizbullah-a çatdırılması planlaşdırılırdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ