ABŞ ordusu İrana qarşı növbəti hücum dalğasına başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Şərq Sahili Vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00) ABŞ Silahlı Qüvvələri ardıcıl beşinci gecə İranın hərbi potensialını daha da zəiflətmək üçün yeni zərbələr dalğası həyata keçirməyə başlayıb”, - deyə bildirilib.
***
Amerika hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə X sosial şəbəkəsində bildirib.
"Bu gün Şərq vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə saat 05:40 - red.) ABŞ Mərkəzi Komandanlığı İrana sonuncu böyük zərbə dalğasını tamamlayıb. ABŞ Silahlı Qüvvələri sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla İranın onlarla hərbi obyektinə zərbələr endirdi", - paylaşımda bildirilir.
Əməliyyatda qırıcı təyyarələr, dronlar, hərbi gəmilər və yüksək dəqiqlikli sursatlardan istifadə edilib. /Axar.az/