Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik


İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq.

Turkustan.az Oxu.az-a istinadla xəbər verir ki, bundan sonra ödənişləri POS-terminallar vasitəsilə etmək mümkün olacaq.

Belə ki, istifadə olunan qazın dəyəri və sabit tarif bank, poçt, POS-terminal, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu vasitəsilə ödəniləcək.

Qeyd edək ki, daha əvvəl qazın dəyərini yalnız bank və ya poçt şöbələri vasitəsilə ödəmək mümkün idi.


MANŞET XƏBƏRLƏRİ