Kreml: Türkiyənin vasitəçiliyi ilə danışıqlara açığıq


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Türkiyənin vasitəçiliyi ilə Ukrayna böhranının həllinə yönəlmiş danışıqların bərpasına açıqdır və Ankaranın diplomatik səylərini yüksək qiymətləndirir.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Türkiyənin münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərdiyi təşəbbüslərə görə təşəkkür edib.

"Türk dostlarımızın Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli üçün səylərini davam etdirməyə hazır olduğunu bilirik. Buna görə Türkiyə tərəfinə minnətdarıq. Hazırda danışıqlar prosesinin yaxın vaxtlarda bərpa olunacağına dair konkret gözlənti yoxdur. Lakin Rusiya bu prosesə açıqdır", – deyə Peskov bildirib.

O, həmçinin Ukrayna hökumətində baş verən dəyişikliklərə münasibət bildirərək, bunun Moskva üçün əsas məsələ olmadığını vurğulayıb.

"Bu dəyişikliklər bizim üçün əhəmiyyətli deyil. Əsas məsələ münaqişənin həlli və Rusiyanın maraqlarının təmin olunmasıdır", – deyə Kremlin sözçüsü qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ