ŞOK PROQNOZ: Qızılın qiyməti artmaqda davam edəcək?


Dünyada hazırda valyuta dalğalanmaları, inflyasiya, beynəlxalq gərginliklərin artması kimi faktorlar qızılın dəyərini yenidən ön plana çıxarır.

Belə bir mərhələdə, Azərbaycanda qızıl bazarının vəziyyəti necədir və qiymət artımı alıcılara necə təsir edib? İlin sonuna qədər qiymətlərin artımı ilə bağlı proqnoz necədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan iqtisadçı Rövşən Əmircanov bildirib ki, Azərbaycanda qızıl bazarı dünya birjalarındakı artımdan birbaşa təsirlənir.

Onun sözlərinə, beynəlxalq qiymətlərin rekord həddə çatması yerli bazarda da həm külçə, həm də zinət əşyalarının nəzərəçarpacaq dərəcədə bahalaşmasına səbəb olub:

“Artımın sürətli olması əhali arasında alıcılıq davranışlarını dəyişib. Son dövrlərlə müqayisədə gündəlik alış-veriş zəifləyib, xüsusilə də 585 (“Türkiyə qızılı”) və 750 (“İtaliya qızılı”) əyarlı qızıllara, eləcə də qiymətli daşlarla hazırlanmış zinət əşyalarına maraq əvvəlki qədər deyil”.

O qeyd edib ki, zinət əşyalarına maraq zəifləsə də, külçə və sikkələrə tələbat sabit şəkildə artmaqda davam edir:

“Mövcud tendensiyalara əsasən, ilin sonuna qədər qiymətlərdə əlavə bahalaşma ehtimalı kifayət qədər yüksəkdir. Qlobal iqtisadi qeyri-sabitlik və geosiyasi risklərin artması fonunda qızıla marağın artması qiymətlərin yüksəlməsini davam etdirə bilər”.


MANŞET XƏBƏRLƏRİ