Azərbaycan nefti yenidən bahalaşmağa başladı


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Turkustan.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,99 ABŞ dolları və ya 1,3 faiz bahalaşaraq 77,37 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ