Pakistanın Karaçi şəhərində hərbi bazaya təşkil edilən bombalı və silahlı hücum nəticəsində üç hərbçinin öldüyü, üç hücumçunun isə zərərsizləşdirildiyi bildirilib.
Turkustan.az xəbər verir ki, "Dawn" qəzetinin məlumatına görə, Sind əyalətinin polis rəisi Caved Alam Odho hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, Karaçidə eşidilən partlayış və atəş səsləri hərbi bazaya edilən hücumla əlaqədardır.
Odho ilkin məlumata əsasən, hücum nəticəsində üç hərbçinin həyatını itirdiyini qeyd edib. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı isə üç hücumçu zərərsizləşdirilib.
Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Araşdırma aparılır.
Aytən Yaşar/ Turkustan.az