Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Turkustan.az xəbər verir ki, məlumatı Mərkəzi Klinik Xəstəxanadan təsdiqləyiblər.
Bildirilib ki, N.Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.
Qeyd edilib ki, bu gün saat 19:00-a olan məlumata əsasən, xalq şairinin vəziyyəti ağır-stabil qiymətləndirilir.
Xəstəxanadan bildirilib ki, həkimlərin nəzarəti altında onun müalicəsi davam etdirilir.