Hizbullah lideri Naim Qasım ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında Vaşinqtonda imzalanan çərçivə sazişini "qüvvəsi olmayan və alçaldıcı" adlandırıb.
Turkustan.az xəbər verir ki, İran və ABŞ arasında əldə olunduğu bildirilən anlaşma memorandumuna istinad edərək, İsrailin Livandan çıxmasını tələb edib.
Vaşinqtonda imzalanan sazişlə bağlı ilk açıqlamasında Qasım bildirib ki, əvvəl bu razılaşmanı uğurlu kimi təqdim edən Livan rəsmiləri indi onu "alçaldıcı və etibarsız" hesab edirlər. Onun sözlərinə görə, sənəd "rüsvayçılıqdır" və ölkənin suverenliyi ilə bağlı güzəştləri əks etdirir.
Qasım vurğulayıb ki, İsrail qoşunlarının Livandan çıxmasını Hizbullahın və ya ümumilikdə müqavimət qüvvələrinin tərksilahı ilə əlaqələndirmək təhlükəli yanaşmadır. O bildirib ki, bu, bütün qırmızı xətləri aşır və Livanı İsrailin maraqlarına xidmət edən vəziyyətə sala bilər.
Sazişin elanından sonra paytaxt Beyrutda etiraz aksiyaları keçirilib. Hizbullah tərəfdarları təkərlər yandıraraq bəzi yolları bağlayıblar.
Aytən Yaşar/ Turkustan.az