Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video


Erməni əsilli Suren Qaltsyanın sosial şəbəkələrdə Bakı ilə bağlı paylaşımı onlayn platformların Azərbaycan seqmentində böyük marağa səbəb olub.

Turkustan.az Bakupost.az-a istinadla xəbər verir ki, videoda o, avtomobil idarə edərkən Azərbaycanın xalq artisti Eyyub Yaqubovun məşhur "Bakılı balasıyam" mahnısını böyük həvəslə oxuyur və həmin anları lentə alır.

Qaltsyan videonun üzərində "Valideynlərimin harada doğulduğunu xatırlayanda" başlığını qeyd edərək, köklərinin Bakıya dayandığına və valideynlərinin vaxtilə Bakıda doğulub-böyüdüyünə işarə edib.

Çoxsaylı rəy toplamış və istifadəçilər arasında müxtəlif şərhlərə, müzakirələrə səbəb olan videonu təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ