Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi bildirib ki, ABŞ və İran arasında əldə olunan razılaşma agentliyin müfəttişlərinə İranda hücuma məruz qalmış nüvə obyektlərinə giriş imkanı yaradır.
Turkustan.az xəbər verir ki, Qrossi bu barədə Yaponiyanın paytaxtı Tokioda Milli Mətbuat Klubunda keçirilən mətbuat konfransında danışıb. O, qeyd edib ki, MAQATE müfəttişlərinin İrandakı nüvə obyektlərinə çıxışı ilə bağlı texniki məsələlər artıq İran rəsmiləri ilə ilkin müzakirə olunub.
Baş direktorun sözlərinə görə, tərəflər arasında aparılan danışıqların yaxın vaxtlarda sürətlənəcəyinə ümid edilir.
Qrossi vurğulayıb ki, ABŞ-İran razılaşmasında nüvə materialları ilə bağlı MAQATE-nin roluna da istinad edilir və əlavə edib: "Ümid edirik ki, yaxın zamanda həmin obyektlərdə fəaliyyətə başlaya biləcəyik."
Aytən Yaşar/ Turkustan.az