Ərdoğan bu görüntülərə etirazını sərt ifadələrlə bildirdi


AK Partiyası fəaliyyətinin 25 illiyi ərəfəsində yeni dövrün yol xəritəsini müəyyənləşdirmək məqsədilə Sapancada iki günlük müşavirə və qiymətləndirmə toplantısına başlayıb.

Turkustan.az xəbər verir ki, "Dörddə bir əsrlik dastan" şüarı ilə keçirilən toplantıda nazirlər, nazir müavinləri, deputatlar, Mərkəzi İcraiyyə Komitəsinin üzvləri və partiyanın təsisçiləri iştirak edirlər.

Toplantının açılışında çıxış edən Prezident və AK Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan məsləhətləşmə mədəniyyəti, Türkiyənin ortaq dəyərləri və hicab hüququ ilə bağlı fikirlərini bölüşüb.

Ərdoğan bəzi şəxslərin hicablı qadınlara qarşı nifrət dolu çıxışlar etdiyini iddia edərək bildirib: "Bəzi cahil fosillər ortaya çıxır və hicablı qadınlara qarşı nifrət yayır. Bu nəsli kəsilməkdə olan nümunələr guya qadınlara dərs verir. Türkiyə bu məsələni artıq geridə qoyub".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ