Azərbaycan QHT-si İstanbulda “Deportasiya qurbanlarının qayıdış imkanları” mövzusunda beynəlxalq konfrans keçirib - FOTOLAR


Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi "Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrasını uğurla davam etdirir. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkəri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkklatı tərəfdaş qismində iştirak edir.

Layihə fəaliyyəti çərçivəsində Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində Bayrampaşa bələdiyyəsində,Mhmet Akif Ersoy Kültür və Senet Mərkəzində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçirilmişdir.

Konfransda Türk Dövləti Təşkilatlarına (TDT) üzv dövlətlərin və türkdilli xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri,Vətəndaş Cəmiyyəti İnstitutlarının,Diaspora nümayəndələri və mətbuat nümayəndələri iştirak etmişdir.Konfrans Türkiyə və Azərbaycanın himnləri ilə açılmış və sonra İstanbul Bayrampaşa Bələdiyyəsinin Başqan vəkili İbrahim Akın,Bayrampaşa Kaymakanı Abdullah Çiftçi,MHP Byrampaşa İl Başqan yardımçısı Derin Bozoklu Abay protokol çıxışı etmişlər.Məruzəçilər Azərbaycan və Türkiyə Cumhuriyyətinin dünyaya örnək olacaq qardaşlıq nüunəsi kimi qəbul etdiklərini söylədilər.

Sonra BULTÜRK Dərnəyinin başqanı Rafet Ulutürk qonaqları salamlamış və layihə barədə iştirakçılara geniş məlumat vermişdir.

Rafet Ulutürk belə bir əhəmiyyətli konfransın İstanbulda baş tutmasını tarixi bir hadisə olaraq dəyərləndirmiş,əməkdaşlığa və təşkilatı dəstəyə görə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinə, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və bütünlükdə Azərbaycan dövlətinə səmimi minnətdarlığını bildirmişdir.Layihənin əhəmiyyət barədə çıxış edəmn məruzəçi bu birliyin və əməkdaşlığın uzun və strateji hədəfli olnasını səsləndirmişdir.

Daha sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli geniş təqdimatla çıxış etmişdir.O,bildirmişdir ki,”Azərbaycan Türk Dövlətləri Təşklatında önəmli rola malikdir.Türk dövlətlərinin birliyin genişlənməsi istiqamətində fəal işlər görür. Ölkənin aparıcı QHT-lərinin bu istiqamətdə ideya və fəaliyyətlərini dəstəkləyir.Bu gün ərəsəyə gəlmiş bu layihə də məhz Azərbaycan dövlətinin dəstəklədiyi ən uğurlu layihələrdən biri kimi qeyd olunmalıdır.Dünyada və regionda türk dilli xalqlara qarşı rus və erməni birləşmələri tərəfindən həyata keçirilən soyqırım və deportasiya siyasətinin beynəlxalq aləmə çatdırılmasının zamanıdır. Özəlliklə Azərbaycan və Çərkəz xalqlarına, o cümlədən digər türk dilli xalqlara qarşı aparılmış amansıız soyqırımlarla bağlı geniş işlər aparılmalı və fəaliyyətlər dəstəklənməlidir”.

İlqar Hüseynli daha sonra bu istiqamətdə TDT üzv dövlətlərin QHT-lərinin əməkdaşlığının önəmini qeyd edərək bildirmişdir ki,artıq TDT üzv dövlətlərin QHT- Forumu Azərbaycanda təsis edilmiş və Bakıda iki Forum keçirilmişdir.Eyni zamanda Azərbaycan-Türkiyə QHT-lərinin əməkdaşlıq Forumu da keçirilmişdir. Daha sonra təşkilatın beynəlxalq məsələlər üzrə müavini Fərhad Qəşəmli ermənilər tərəfindən Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların başına gələn soyqırım hərəkətləri barədə geniş təqdimat etmişdir.

Qəşəmli bildirmişdir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında Qərbi Azərbaycan İcması yaradılmış,və onun təklifləri əsaında beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi hazırlanmışdır.Təqdimat zamanı həm də “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi və onun beynəlxalq hüquq prinsipləri barədə konfrans iştirakçılarına geniş məlumatlar təqdim etmişdir.

Təklif olunmuşdur ki,Azərbaycan tərəfinin hazırladığı sənəd soyqırıma məruz qalan digər türkdilli xalqlar üçün nümunəvi sənəd kimi istifadə edilsin. Konfransda Pr.Dr Emir Fatih Akbulat “Çərkəz sürgünü və Soyqırımı” mövzusunda geniş təqdimat etmişdir.O əsrlər boyu Rus imperiyasının Çərkəz xalqına qarşı törətdiyi vandalizm və soyqırım hadisələri barə tarixi faktları dilə gətirmiş,Azərbaycan QHT-ləri tərəfindən bu faciələrin gündəmə gətirilməsinə görə ölkəmizə minnətdarlığını ifadə etmişdir.

O bu tədqiqatların davamlı olmasını səsləndirmişdir. Konfransın ikinci hissəsində araşdırmaçı alim Cahit Dak Türküstan soyqırımı,BULTÜRK Genel Sekretarı Aysu Akbaş Bolqarıstan türklərinin köç və soyqırım hadisələri,Professor Saffet Erdem isə Balkanlarda soyqırım məsəslələri barədə təqdimatla çıxış etmişlər. Konfransda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin və türkdilli xalqların vahid soyqırım günün təsis edilməsi istiqamətində fikirlər səslənmiş və hamı tərəfindən razılıqla qarşılanmışdır.

Konfrans sertifikatların təqdimatı ilə sona çatmışdır. Layihə üzrə növbəti fəaliyyət soyqıdrıma məruz xalqların rəsm sərgisi ilə davam etmişdir.Sərgidə Azərbaycana aid olan bölümdə Xocalı soyqırımını və Qərbi Azərbaycandan deportasiya və soyqırımları əks etdirən foto şəkillər yerləşdirilmişdir.

Sərgidə iştirak edənlər Azərbaycanlılara qarşı baş verən tarixi ədalətsizlikləri ürək ağrısı ilə izləmişlər.


MANŞET XƏBƏRLƏRİ