Sosial şəbəkələrdə UFC-nin tanınmış erməni əsilli döyüşçüsü Arman Tsarukyanın yer aldığı görüntülər geniş müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, yayılan videoda at belində olan idmançıya yaxınlaşan şəxslərdən biri ona qondarma "Arsax"ın bayrağını uzadır. Lakin görüntülərdə Tsarukyanın həmin bayrağı götürmədiyi görünür.
Videoda erməni dilində səslənən "Ənini tur, haykanakany" ("Onu ver, erməni bayrağını") ifadəsindən sonra idmançıya Ermənistan bayrağı təqdim edilir. Sosial şəbəkələrdə yayılan paylaşım da "Arman Tsarukyan Arsax bayrağını götürmür" başlığı ilə dərc edilib.
/modern.az