Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video


İsveçin Azərbaycan əsilli iqlim və ətraf mühit naziri Ruminə Purmuxtari Avropa Birliyi Şurasının iclasına körpə oğlu ilə birlikdə qatılıb.

Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videolar yayılıb.

Purmuxtari Avropa Birliyi Şurasının Lüksemburqda keçirilən iclasında çıxış edən zaman qucağındakı körpəsinin ağlaması ilə bütün diqqətləri üzərinə çəkib.

Qeyd edək ki, Təbriz əsilli Ruminə Purmuxtari 1995-ci ildə Stokholmda dünyaya gəlib.

O, 18 oktyabr 2022-ci ildən İsveçin iqlim və ətraf mühit naziri kimi fəaliyyət göstərir.

/axar.az


MANŞET XƏBƏRLƏRİ