Tramp "Ankoric razılaşmaları" ilə bağlı MESAJ VERDİ - Moskvanı nə gözləyir?


ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı Ankoricdə əldə olunmuş razılaşmalara yenidən baxılmasının mümkünlüyünü istisna etməyib.

Turkustan.az xəbər verir ki, bu barədə "Axios" nəşri vəziyyətlə tanış olan məmurlara istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Amerika lideri G7 sammitində Rusiya və ABŞ arasında Ukrayna üzrə əldə edilmiş "Ankoric razılaşmaları"ndan imtina edə biləcəyinə işarə edib.

Adının çəkilməsini istəməyən məmurlardan biri bildirib ki, Tramp Moskvaya təzyiq göstərilməsinin zəruriliyindən danışıb./publika.az


MANŞET XƏBƏRLƏRİ