İraqın Baş naziri Əli əl-Zeydi ölkədə fəaliyyət göstərən silahlı qruplarla hərtərəfli dialoqun davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, vurğulayıb ki, dövlət qurumlarından kənarda silah saxlamaq qəbuledilməzdir.
Bu barədə İraq Baş nazirinin mətbuat xidməti Zeydinin Sky News-a verdiyi müsahibənin ikinci hissəsində məlumat yayıb.
Baş nazir qeyd edib ki, silahlı qruplar terrorizmlə mübarizədə mühüm rol oynayıblar. Lakin onun sözlərinə görə, hazırkı mərhələdə bütün silahlı strukturlar dövlət qurumlarının nəzarəti altında fəaliyyət göstərməlidir.
Əli əl-Zeydi həmçinin İraqın suverenliyinin möhkəmləndirilməsinə həsr olunacaq "Suverenlik Konfransı"nın keçirilməsinin planlaşdırıldığını açıqlayıb. O bildirib ki, konfrans İraqla bağlı qərarların yalnız iraqlılar tərəfindən qəbul edildiyini nümayiş etdirməyi, ölkənin xarici hərbi qüvvələrdən və qeyri-dövlət silahlı qruplardan azad gələcəyini təşviq etməyi hədəfləyir.
"Silahlı qruplarla hərtərəfli dialoq prosesi davam edir. Dövlət qurumlarından kənarda silah saxlamaq qəbuledilməzdir", – deyə Baş nazir vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az