Çin və Rusiyanın birgə hava təlimi Cənubi Koreyanı hərəkətə keçirdi


Təxminən 10 Çin və Rusiya hərbi təyyarəsi Cənubi Koreyanın şərq və cənub suları üzərində yerləşən Hava Hücumundan Müdafiə Tanınma Zonasına (KADIZ) qısa müddətə daxil olduqdan sonra ərazini tərk edib.

Turkustan.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin nümayəndələri açıqlama veriblər.

Cənubi Koreyanın Birgə Qərargah Rəisləri Komitəsi (JCS) bildirib ki, Çin və Rusiya təyyarələri ölkənin suveren hava məkanını pozmayıb. Məlumata görə, təyyarələr KADIZ-ə daxil olmamışdan əvvəl radarlar vasitəsilə aşkarlanıb.

Hadisəyə cavab olaraq Cənubi Koreya Hərbi Hava Qüvvələri mümkün fövqəladə vəziyyətlərə hazırlıq məqsədilə qırıcı təyyarələrini havaya qaldırıb.

JCS sözçüsünün sözlərinə görə, insidentin Çin və Rusiya arasında keçirilən birgə hərbi hava təlimləri ilə əlaqəli olduğu ehtimal edilir.

Qeyd edək ki, Hava Hücumundan Müdafiə Tanınma Zonası ölkənin suveren hava məkanına daxil deyil. Bu zona xarici hərbi təyyarələrin əvvəlcədən özlərini tanıtmasını təmin etməklə mümkün insidentlərin qarşısını almaq məqsədi daşıyır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ