İsrailin keçmiş ədliyyə naziri Daniel Fridman bildirib ki, Baş nazir Benyamin Netanyahunun siyasi zəifliyi ABŞ prezidenti Donald Trampa həm Netanyahunu, həm də İsraili "görünməmiş dərəcədə alçaldıcı prosesə" sürükləməyə imkan verib.
Turkustan.az xəbər verir ki, 2007–2009-cu illərdə İsrailin ədliyyə naziri vəzifəsində çalışmış Fridman "Maariv" qəzetinə müsahibəsində Qəzza zolağında baş verən hadisələrin nəticələri və bunların İsrailin beynəlxalq imicinə təsirindən danışıb.
Fridmanın sözlərinə görə, dünyanın müxtəlif ölkələrində milyonlarla insan televiziya ekranlarında Qəzza zolağındakı dağıntıları, habelə həlak olan və yaralanan uşaqların görüntülərini izləyir. O qeyd edib ki, beynəlxalq ictimaiyyət eyni zamanda dağıntılar arasında və ya qızmar günəşin, leysan yağışların altında qurulan çadırlarda yaşamağa məcbur qalan fələstinlilərin ağır humanitar vəziyyətini də görür.
Aytən Yaşar/ Turkustan.az