Fransa Səhiyyə Nazirliyi Konqo Demokratik Respublikasından (KDR) qayıdan bir həkimdə Ebola virusunun aşkarlandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, bu, Fransa ərazisində qeydə alınan ilk Ebola yoluxmasıdır. Məlumata görə, Baş nazir Sebastyan Lekornu vəziyyəti yaxından izləyir.
Xatırladaq ki, Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm halı qeydə alındıqdan sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilib.
Bundan iki gün sonra – mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin yenidən yayılması ilə əlaqədar beynəlxalq ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Səhiyyə rəsmilərinin məlumatına görə, hazırkı epidemiyaya Ebola virusunun nadir "Bundibugyo" ştammı səbəb olur. Bildirilir ki, bu variant üçün hazırda təsdiqlənmiş xüsusi müalicə və ya peyvənd mövcud deyil.
Aytən Yaşar/ Turkustan.az