Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ukraynanın uğurlu müqaviməti Rusiyanı NATO-nun şərq cinahına qarşı mümkün hərbi müdaxilə üçün lazım olan resurslardan məhrum edib.
Turkustan.az xəbər verir ki, o, bu fikirləri CBS News-a müsahibəsində səsləndirib.
Sikorski qeyd edib ki, Ukrayna Qara dənizdə üstün mövqe əldə edib, Rusiya isə ölkə üzərində hava üstünlüyü qazana bilməyib. Onun sözlərinə görə, Moskva raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirsə də, Ukrayna hava məkanında sərbəst fəaliyyət göstərə bilmir.
Nazir həmçinin bildirib ki, cəbhədə quru əməliyyatları dalana dirənib və Ukrayna Donbasdan Krıma gedən strateji magistral üzərində atəş nəzarətini təmin etmiş kimi görünür.
Sikorski vurğulayıb ki, müharibələr heç vaxt xətti inkişaf etmir və müxtəlif mərhələlərdən keçir. Onun fikrincə, təşəbbüsün tam şəkildə Rusiyanın əlində olduğu mərhələ artıq başa çatıb.
Aytən Yaşar/ Turkustan.az