Paşinyandan Azərbaycanla bağlı sərsəm açıqlama: “Bundan sonra heç vaxt...”


Ermənistan Baş naziri Nikol Paşinyan bir daha Belarusa getməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, o, bu barədə parlamentdə 2023-cü il büdcəsinin icrasının müzakirəsi zamanı çıxışında bildirib.

Ermənistanla KTMT arasında mürəkkəb münasibətlərdən danışan baş nazir Belarus prezidentinin məşhur qalmaqallı bəyanatını xatırladıb:

“KTMT dövlət başçılarından biri deyir ki, müharibəyə hazırlıqda iştirak edib, Azərbaycanı qələbəyə ruhlandırıb, buna inanıb və arzulayıb. Bundan sonra mən Belarus lideri ilə KTMT formatında nəyisə müzakirə etməyə gedəcəyəm.

Bəyan edirəm ki, bundan sonra Belarusa getməyəcəm. Nə qədər ki, Aleksandr Lukaşenko Belarus prezidentidir, bəyan edirəm ki, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa getməyəcək”.

Ermənistanın KTMT-yə üzvlüyünə gəlincə, nəzəri cəhətdən Paşinyan heç nəyi istisna etmir: “Məsələn, Belarusun özü KTMT-dən çıxsa və ya Belarus prezidenti ermənilər üçün üzrxahlıq və izahat sözləri tapsa, bu Ermənistan xalqı üçün məqbul olar”. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ