İmamoğlunun məhkəməsində qərar: 7 nəfər azadlığa buraxıldı


İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya iddiaları ilə bağlı məhkəmə prosesində 7 təqsirləndirilən şəxsin azadlığa buraxılmasına qərar verilib.

Turkustan.az xəbər verir ki, Əkrəm İmamoğlu da daxil olmaqla 436 nəfərin mühakimə olunduğu iş üzrə 101-ci iclasda həbs qətimkan tədbirinə yenidən baxılıb.

Silivridə keçirilən iclasda məhkəmə heyəti həbsdə olan Ümit Polat, Nilgün Cendek, Tolga Kılıç, Melih Gecek, Aytekin Karaarslan, Fatih Temur və Adem Başerin azadlığa buraxılması barədə qərar qəbul edib.

Bununla belə, azadlığa buraxılması qərara alınan Melih Gecek başqa bir cinayət işi üzrə dünən həbs edildiyindən həbsxanadan çıxa bilməyəcək.

Məhkəmə heyəti Əkrəm İmamoğlu da daxil olmaqla, digər həbsdə olan təqsirləndirilən şəxslərin həbsdə saxlanılmasına qərar verib. İclasın yekununda həbsdə olan təqsirləndirilən şəxslərin sayı 53-dən 46-ya enib.

Məhkəmə prosesi noyabrın 2-dək təxirə salınıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ