Fars körfəzində neft tankeri kiçik bir qayıqdan atılan tank əleyhinə qumbaraatan (RPG) raketi ilə vurulub.
Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) hadisənin Səudiyyə Ərəbistanının Əl-Cubeyl şəhərindən 78 dəniz mili şimal-şərqdə baş verdiyini açıqlayıb.
Bildirilib ki, raket tankerin sol tərəfinə dəyərək gəmiyə ziyan vurub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə, eləcə də ABŞ-ın sonradan tətbiq etdiyi dəniz blokadası bölgədə gəmiçilik təhlükəsizliyini gündəmə gətirib. İran Hörmüz boğazından gəmi keçidlərini əsasən məhdudlaşdırıb və icazəsiz keçməyə çalışan gəmiləri hədəf alır.
Aytən Yaşar/Turkustan.az