6 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı


2020-ci ildə Böyük Britaniyanı tərk edən Şahzadə Harri və həyat yoldaşı Meqan Markl altı ildən sonra ölkədə ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar.

Turkustan.az xəbər verir ki, cütlük Nottinqemdə keçirilən tədbirdə izdihamın alqışları ilə qarşılanıb. Onlar tədbirə toplaşan insanlarla qucaqlaşıb, söhbət edib və xatirə şəkilləri çəkdiriblər.

Meqan Marklın izdihamdakı şəxslərdən birinə “Buraya qayıtmaq çox xoşdur” deməsi diqqət çəkib.

Qeyd edək ki, Harri və Meqan sonuncu dəfə 2017-ci ildə birlikdə Nottinqemə səfər ediblər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ