İstanbulda "Kızılelma yolunda" Türkiyə-Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi


Bu gün İstanbulda Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Təmsilçiliyi ilə Türkiyədəki Dünya Ticarət və Mədəniyyət Dərnəyi və Dünya Türk Ticarət Platformunun birgə təşkilatçılığı ilə Türkiyə ilə Azərbaycan arasında iqtisadi, ticarət, investisiya əlaqələrini inkişaf etdirilməsi, iş adamları arasında yeni əməkdaşlıqlar və ticarət fürsətlərinin yaradılması məqsədilə "Kızılelma yolunda" Türkiyə-Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi.

Proqram çərçivəsində Azərbaycana investisiya yatırımı: təşviqlər və dəstək mexanizmlərı, Azərbaycandakı investisiya fürsətləri, dövlət təşviqləri, dəstək mexanizmlərı və Türkiyə-Azərbaycan arasında ticarətin inkişafına yönəlik əməkdaşlıq imkanları müzakirə edildi.

No description available.
Adəm Uslu

Tədbirdə ilk çıxış edən İstanbulun Zeytunburnu rayon İcra hakimiyyətinin başçısı Adem Uslu iştirakçıları salamlayaraq bildirdi ki; "Türkiyə və Azərbaycanın qardaşlığı Egedən Xəzərə, beşikdən məzara qədərdir. Bu qardaşlığın təməlində Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun hər bir nəfərinin, Azərbaycanın dövlət himninin yazarı, hələ 20 yaşında ikən 1917-vi ildə Gəncədən bir qrup silahdaşı ilə İstanbula gəlib Osmanlı ordusu cərgəsində yer alaraq Balkan savaşına qatılan Əhməd Cavadın axıtdığı tərin haqqı , 44 günlük savaşda Azərbaycanın yanında olan 86 milyon Türkiyə vətəndaşlarının duasi, könül birlikdəliyi vardır. Son zamanlar bu əlaqələrimizdə gərginlik yaratmaq istəyən bəzi ünsürlər var, amma qardaşlar arasında heç bir zaman problem olmaz, çünki bu qardaşlıq az öncə dediyim kimi beşikdən məzara qədərdir. Bu mənada bugünkü toplantı çox önəmlidir, inanıram ki, iki qardaş ölkənin iş insanları bu əlaqələri daha da gücləndirəcəklər".

Fotonu aç

Zamin Əliyev

Daha sonra çıxış edən Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulu Zamin Əliyev iştirakçıları 18 Oktyabr Azərbaycanın Müstəllik günü münasibətilə təbrik etdi. O, öz çıxışında qeyd etdi ki: "H. Əliyevin dediyi "İki dövlət, bir millət, M. K. Atatürkün dediyi "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyimlərinin təməlində qurulan Azərbaycan-Türkiyə münasibətləri 15 İyun 2020 -ci ildə müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Ortaq tarix, qarşılıqlı güvən və stratejik maraqlar üzərində inşa edilən bu münasibətlər iqtisadi mənada da uğurlu ortaqlıq nümunəsi təşkil edir. İki ölkə arasındakı stratejik müttəfiqliyin yeni investisiya təşəbbüsləri, ortaq istehsal və iqtisadi layihələrin daha da gücləndirilməsi böyük əhəmiyyət daşıyır. 2020-vi ildə Ali Baş komandan İ. Əliyevin rəhbərliyi altında igid əsgərlərimiz bütün torpaqlarımızı işğaldan azad edərək ərazi bütünlüyümüzü bərpa ediblər. Bu gün dövlətimizin həyata keçirdiyi sabit iqtisadi siyasət və beynəlxalq iqtisadi münasibətlərimizin inkişafının nəticəsi olaraq Azərbsycan güvənli investisiya ortağıdır. Azərbaycandakı Türkiyə şirkətlərinin uzun illərdir uğurlu fəaliyyətləri iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafına önəmli töhfələr vermişdir. Azərbaycan Respublikası bu günə qədər Türkiyəyə 21 milyard dollar məbləğində investisiya yatırıb ki, bunun da böyük hissəsi Azərbaycanın neft şirkəti olan SOCAR-ın payına düşür. Bu gün işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən yenidənqurma və inkişaf işləri Azərbaycan iqtisadiyyatı baxımından yeni perspektivlər ortaya qoyur. Bu da beynəlxalq ortaqlar, xüsusilə Türk iş dünyası üçün yeni iş birliyi imkanları yaradır. Coğrafi mövqeyi baxımından Azərbaycan şərq və qərb arasında ticarət, nəqliyyat, iqtisadi inteqrasiya baxımından gedərək daha əhəmiyyətli rol alır. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi iş adamlarının bir-birini yaxından tanıması və birgə layihələrin həyata keçirilməsi baxımından çox önəlmidir. Bu mənada Azərbaycanın Türkiyədəki Ticarət Təmsilçiliyinə və Dünya Türk Ticarət Platformuna təşəkkür edirəm, fəaliyyətlərində uğurlar diləyirəm və demək istəyirəm ki, hər zaman yamınızdayıq".

No description available.

Tamerlan Tağıyev

Fəaliyyətləri haqqında iştirakçılara məlumat verən Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Təmsilçisi Tamerlan Tağıyev isə bildirdi ki: "Azərbaycanın İqtisadiyyat Nazirliyi nəzdində Türkiyə də daxil olmaqla altı ölkədə ticarət təmsilçiliyimiz var və bu təmsilçiliklər yerləşdiyimiz ölkələrdəki səfirliklərimizin və baş konsulluqlarımızın dəstəyi ilə fəaliyyət göstərir. 2023-cü ilin İyul ayından etibarən İstanbulda fəaliyyətə başlayan təmsilçilik olaraq bu günə qədər Türkiyənin 30-dan çox şəhərini ziyarət etmişik. Olduğumuz şəhərlərdə iş insanları ilə görüşlər keçirib, Azərbaycandakı iş imkanları haqqında məlumat vermişik və 30-dan çok iş insanı iıə birlikdə Azərbaycana ziyarətlər təşkil etmişik. Bu Oktyabr ayında Azərbaycan prezidenti İ. Əliyevin iştirakı ilə Türkiyənin GEN dərman şirkətinin Bakıda dərman fabrikinin açılışını gerçəkləşdirmişik. Bu o deməkdir ki, artıq Türkiyənin böyük şirkətləri Azərbaycana investisiya yatırır və oradakı insanları da işlə təmin edirlər. Bizim də əsas məqsədimiz bu investisiyaları genişləndirməkdir və bunun üçün də səfirliyimiz və baş konsulluğumuzun dəstəyi ilə fəaliyyətlərimizi güclü bir şəkildə artırırıq. Azərbaycanın 180 ölkə ilə xarici ticarət əlaqələri var və xarici ticarət həcmimiz 49 milyard dollardan çoxdur. Bundan əlavə biz Azərbaycanı sadəcə 10 milyon əhasi olan bir ölkə deyil, 280 milyonluq bir bazara açılan qapı kimi düşünülməsini önə sürürük. Çünkü Azərbaycanın 10 ölkə ilə sərbəst ticarət anlaşması var, bu da qeyd etdiyim bazara gömrüksüz, vergisiz daxil olmaq deməkdir. Cənab baş konsulun qeyd etdiyi kimi Azərbaycanın Türkiyəyə 21 milyard dollardan çox investisiya yatırımı var və bu investisiyalar qarşılıqlıdır, Türkiyənin də Azərbaycana investisiya həcmi 17, 18 milyard dollardan çoxdur. Bu gün Azərbaycan dövləti investorlar üçün geniş imkanlar yaradır, bizim 10 azad iqtisadi zonamızda 10 il boyinca vergidən, gömrük rüsumlarından və başqa xərclərdən azad olunmaq imkanları var və bu imkanları dəyərləndirmənizi istəyirik. Hətta qeyd edim ki, işğaldan azad olmuş torpaqlarımızda fəaliyyət göstərən iş adamları üçün əlavə avantajlar yaradılıb, qaz, su, elektrik xərclərinin yüzdə iyirmisini Azərbaycan dövləti qarşılayacaq. Eynisi Türkiyə ilə quru sərhəddi olan Naxçıvan bölgəmizdə də keçərlidir. Son olaraq deyim ki, bu gün Azərbaycana dünyanın dörd bir yanından investisiya yatıranlar var, amma biz Türkiyənin birinci yerdə olmasını istəyirik. Xarici investor olmaq istəyirsinizsə, sizə yad olmayan Azərbaycana gəlin".

Fotonu aç

Əhməd Ortatəpə

Dünya Ticarət və Mədəniyyət Dərnəyi və Dünya Türk Ticarət Platformu sədri Əhməd Ortatəpə "Türküstan"a açıqlamasında qeyd etdi ki: "Bu toplantını düzənləməkdə məqsədimiz Türkiyə və Azərbaycan arasında ticarət həcmini artırmaq, qarşılıqlı investisiya yatırımlarını genişləndirilmək, qardaşlıq duyğularımızı sadəcə mədəni, sosial sahədə deyil, həm də ticarətə çevirərək davamlı hala gətirmək və 3-cü, 4-cü ölkələrə ixracatı gerçəkləşdirən bir iqtisadiyyat ortaya çıxartmaqdır. Biz Azərbaycanla birik, canımız bir, qanımız bir və bu birlikdəliyimizi güclü bir şəkildə birgə ticarətə də çevirməyimiz lazımdır. Bir araya gələrək qida, lojistik, müdafiə sənayesi, istehsal sahələri və digər istiqamətlərdə rəqabət gücümüzü artırmalıyıq. Bu gün tanışlıq proqramının sonunda ikili iş görüşmələri də olacaq".

Yaqut Misirxanlı
İstanbuldan "Türküstan" qəzeti üçün

No description available.


MANŞET XƏBƏRLƏRİ