Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz və köməksiz vəziyyətdə olan xəstəni təxminən 40 dəqiqə döyməkdə ittiham edilən sanitar hadisə ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, adı hadisədə hallanan Gülnar Fərzəliyeva ona qarşı irəli sürülən iddiaları qəbul etmir.
O, xəstəxanada ona qarşı qərəzli münasibət göstərildiyini iddia edib. Fərzəliyeva iddia edir ki, bu münasibətin arxasında tibb müəssisəsinin təsərrüfat müdiri dayanır.
“Böhtan ataraq məni işdən azad ediblər. Mən 17 il ərzində heç bir xəstəni nə natəmiz qoymuşam, nə də döymüşəm”, – deyə o bildirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ətraflı məlumat Xəzər TV-nin videomaterialında: