Yəməndə şiddətli döyüşlər gedir


Yəmən ordusu ölkənin cənub-qərbində yerləşən Taiz əyalətində İranın dəstəklədiyi Husi üsyançıları ilə şiddətli toqquşmaların baş verdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Yəmən hökumətinə bağlı Silahlı Qüvvələrin yazılı bəyanatında ötən aydan etibarən Husi üsyançılarının intensiv hücumlarına məruz qalan Taiz əyalətindəki qarşıdurmalara diqqət çəkilib.

Bəyanatda bildirilib ki, ordu bölmələri və müqavimət qüvvələri səhər saatlarından Taiz əyalətinin cənubundakı dağlıq ərazidə Husi silahlıları ilə şiddətli toqquşmalara girib.

Taiz şəhərinin cənubunda, Misrah rayonunda yerləşən Daçic dağı strateji əhəmiyyət daşıyır. Dağ şəhərin bir sıra mühüm bölgələrinə gedən yolları nəzarətdə saxlamaq baxımından əlverişli mövqedə yerləşir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ