ABŞ-ın Kaliforniya ştatının cənubunda baş verən meşə yanğını nəticəsində ən azı altı ev zərər görüb və ya tamamilə dağılıb.
Turkustan.az xəbər verir ki, Oranj dairəsinin sahil şəhəri San Klemente yaxınlığında başlayan və “Norte” adlandırılan yanğın sahil xətti boyunca yaşayış evlərinə yayılıb. Hadisə ilə əlaqədar minlərlə insana təxliyə əmri verilib.
Dövlət Yanğından Mühafizə İdarəsinin məlumatına görə, yanğın təxminən 231 hektar ərazini əhatə edib. San-Xuan-Kapistrano ərazisində isə azı altı evin zədələndiyi və ya dağıldığı bildirilir.
Yanğının söndürülməsi üçün qurudan və havadan intensiv əməliyyatlar aparılır. Səlahiyyətlilər sakinlərə təhlükəli ərazidən uzaq durmağı tövsiyə ediblər.
Aytən Yaşar/Turkustan.az