Bakı ilə danışırıq ki, bu adı ermənicə saxlayaq – Simonyan


Ermənistan ərazisində yerləşən Kərkinin Tiqranaşen adlandırılması məqsədilə Bakı ilə müzakirələr aparırıq.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan COP17 tədbiri çərçivəsində mətbuat nümayəndələrinə açıqlamasında deyib.

“Kərkinin şərti olaraq Tiqranaşen, Artsvaşenin isə Başkənd olaraq qalması üçün Bakı ilə müzakirələr həyata keçiririk”, – Simonyan vurğulayıb.

Qeyd edək ki, Alen Simonyan burada Azərbaycanla Ermənistan arasında anklav kəndlərin mümkün mübadiləsini nəzərdə tutur. Yəni söhbət təkcə kəndlərin adlarının dəyişdirilməsindən deyil, onların hansı ölkəyə məxsus olacağı məsələsindən gedir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ