Şimali Koreya süni intellektlə işləyən torpedo hazırlayır


Şimali Koreya süni intellekt texnologiyasından istifadə edən yeni “Zam-2.0” super sürətli torpedo sistemini sualtı şəraitdə sınaqdan keçirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Pxenyanın yaydığı bəyanatda hədəflərin aşkarlanması və istiqamətləndirmə sistemlərində süni intellektdən istifadə edən torpedonun sınaqlarının uğurla başa çatdığı bildirilib.

Qeyd olunub ki, silah sistemi son beş ildə 180-dən çox performans sınağından keçirilib. Oktyabrın 15-də keçirilən son sınaq zamanı torpedonun su altında daha yüksək sürət və məsafəyə çatmasını təmin edən hərəkətverici sistemin imkanları yoxlanılıb.

Şimali Koreya rəsmiləri “Zam-2.0” super sürətli torpedo sisteminin artıq istismar səviyyəsinə çatdığını bəyan ediblər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ