Brüsseldə keçirilən Avropa Şurasının iclasında Ukrayna Prezidenti Volodimir Zelenski gələn il ölkəsinə əlavə 70 milyard avro maliyyə yardımı ayrılması məsələsini qaldırıb.
Turkustan.az xəbər verir ki, o, Avropa İttifaqı rəhbərliyinin bu ehtiyacı anlayışla qarşıladığını bildirib.
Zelenski bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
Avropa tərəfdaşlarına Ukraynaya göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən Zelenski hava hücumundan müdafiə sistemləri ilə yanaşı, maliyyə yardımının da vacib olduğunu vurğulayıb.
“Gələn il dövlətimizi qorumaq üçün səylərimizi dəstəkləmək məqsədilə əlavə 70 milyard avroya ehtiyacımız var. Heç kimin ‘yox’ demədiyinə görə avropalılara minnətdaram”, – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın maliyyə yardımı ilə bağlı müraciətini anlayışla qarşılayıblar.
Aytən Yaşar/Turkustan.az