Misir Prezidenti Əbdülfəttah əs-Sisi səlahiyyət müddətinin 2030-cu ildə başa çatacağını və konstitusiya dəyişiklikləri ilə bu müddəti uzatmaq niyyətində olmadığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, o, bu barədə Qahirənin şərqində yerləşən Misir Hərbi Akademiyasında tələbələr üçün keçirilən məzun mərasimində çıxışı zamanı danışıb.
Sisi 2027-ci ildə yenidən prezidentliyə namizəd olmaq imkanı əldə etməsi üçün konstitusiyaya dəyişiklik ediləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
“2030-cu il prezidentlik müddətimizin sonu olacaq. Bu məsələ tamamilə bağlanıb”, – deyə Misir Prezidenti vurğulayıb.
Misirin gələcəyi ilə bağlı danışan Sisi, “Misir dövləti məsuliyyəti öz üzərinə götürə bilən insanlarla dolana qədər onu tərk etməyəcəyəm”, – deyə əlavə edib.
Aytən Yaşar/Turkustan.az