Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunun Donetsk vilayətindəki Dobropillya şəhərini nəzarətə götürdüyünü iddia edib.
Turkustan.az xəbər verir ki, Putin Ukraynada döyüşən Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr Qrupunun komanda məntəqəsini ziyarət edib. O, Baş Qərargah rəisi Valeri Gerasimov və bir sıra bölmə komandirləri ilə görüşərək hərbi əməliyyatların gedişatı barədə məlumat alıb.
Putin çıxışında bildirib ki, 2026-cı ilin əvvəlindən etibarən Rusiya qüvvələri döyüş bölgəsində 6 500 kvadratkilometr ərazini və 310 yaşayış məntəqəsini ələ keçirib.
O, Dobropillya şəhərinin nəzarətə götürülməsinin Donetsk vilayətinin inzibati sərhədlərinə doğru irəliləmək üçün birbaşa yol açdığını iddia edib.
Putinin sözlərinə görə, Ukrayna qüvvələri Donetsk vilayətinin ərazisinin 10 faizindən bir qədər çoxuna, Zaporojye vilayətinin isə 16,5 faizinə nəzarət edir. O, Luqansk vilayətinin isə artıq tamamilə Rusiya qüvvələrinin nəzarətində olduğunu bildirib.
Aytən Yaşar/Turkustan.az