ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların dayandırılması barədə fərman imzalayıb.
Turkustan.az xəbər verir ki, Ağ Evin rəsmi saytında yayımlanan açıqlamada fərarın imzalanmasının səbəbi kimi ABŞ-ın “milli maraqları” göstərilib.
Bu addım Rusiya hökumətinə və dövlət şirkətlərinə qarşı sanksiyaların tətbiqini, eləcə də Rusiyadan enerji idxal edən ölkələrə əlavə tariflərin qoyulmasını nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsinə iki gün qalmış atılıb.
Qeyd edək ki, sentyabrın 18-də Tramp Rusiyaya qarşı sanksiyaları və Rusiyadan enerji idxal edən ölkələrə tariflərin tətbiqini nəzərdə tutan qanun layihəsini imzalayıb.
Aytən Yaşar/Turkustan.az