Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalı müzakirə olunmağa davam edir.
Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
Zelenski ABŞ-ın bu məsələ üzərində işlədiyini və üçtərəfli görüş keçirməyi təklif etdiyini bildirib.
Onun sözlərinə görə, görüş Yaxın Şərq ölkələrindən birində – Birləşmiş Ərəb Əmirliklərində və ya Səudiyyə Ərəbistanında, yaxud G20 sammiti zamanı ABŞ-da keçirilə bilər.
“Amma hələlik nə Rusiyadan, nə də ABŞ-dan heç bir təsdiq yoxdur”, – deyə, Zelenski qeyd edib.
Avropa ölkələrindən birində görüş keçirilməsi ehtimalı da nəzərdən keçirilir. “Nəticəni bir qədər sonra görəcəyik”, – deyə Ukrayna Prezidenti əlavə edib.
Aytən Yaşar/Turkustan.az