Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.
Turkustan.az xəbər verir ki, o, mesajında Qarabağ zəfərinə və iki ölkə arasındakı tarixi əlaqələrə diqqət çəkib.
Baxçalı Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət etdiyini vurğulayaraq, bu birliyin sarsılmaz olduğunu bildirib.
“Azərbaycan və Türkiyə, məsələdən asılı olmayaraq, ayrılmaz bir bütövdür. Biz eyni ananın iki oğluyuq”, – deyə, MHP sədri qeyd edib.
Türkiyə və Azərbaycanın ortaq tarixinə və iki ölkə arasındakı həmrəyliyə toxunan Baxçalı açıqlamasına bu sözlərlə davam etdi: “Bir kərə yüksələn bayraq bir daha endirilməz!” ifadəsi dost və qardaş Azərbaycanın müstəqillik idealının mahiyyətini təşkil edir. “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyimi dost və qardaş ölkəmizə qarşı hisslərimizin konkret ifadəsidir. Bu düşüncələr tarixi təcrübələrin və ortaq taleyin əksidir. Böyük bir sivilizasiyanın beşiyində yerləşən Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” anlayışı altında bütün çətinliklərlə eyni düşüncə və ortaq mövqe ilə qarşılaşıblar. Onların gələcək yollarını eyni hiss və düşüncələrlə müəyyənləşdirəcəkləri şübhəsizdir. Bundan geri dönüş olmayacaq”.
Aytən Yaşar/Turkustan.az