Prezidentin vəzifə verdiyi Vaqif Sadıqovla bağlı maraqlı məlumatlar


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Turkustan.az xəbər verir ki, sərəncamla Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın İsveçrədəki yeni səfiri Vaqif Sadıqovla bağlı maraqlı faktları təqdim edirik:

V. Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirib. 1986-cı ildən filoloji elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1992-ci ilin əvvəlində Vaqif Sadıqov Azərbaycanın diplomatik xidmətində işə başlayıb, 1993-1995-ci illərdə Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

1995-ci ilin aprel ayında V.Sadıqov Azərbaycanın Avstriyada səfiri və BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və ATƏT yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib.

1998-ci ildən etibarən səfir o, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-ci ildən isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycanın daimi nümayəndəsi olub.

2004-cü ilin aprel ayında səfir V.Sadıqov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

2010-cu ilin oktyabr ayında V.Sadıqov Azərbaycanın İtaliya, Malta və San Marinodakı səfiri, eləcə də Romada yerləşən BMT-nın Ərzaq və Kənd Təssərüfatı Təşkilatı, BMT-nın Dünya Ərzaq Proqramı və BMT-nın Kənd Təssərüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında Azərbaycanın daimi nümayəndəsi vəzifələrində çalışıb.

Peşəkar diplomat 2016-cı ilin yanvar ayında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib. 2021-ci ilin avqustunda Belçikada səfiri vəzifəsinə təyin edilib.

O, evlidir, 2 övladı var.

/“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ