Rusiyaya dron hücumu: Soçidə neft anbarı yandı


Rusiyanın Krasnodar vilayətinin Əməliyyat Qərargahı Soçi şəhərinə dron hücumundan sonra neft anbarında yanğın baş verdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, qərargahın məlumatına görə, hücum nəticəsində bir neçə bina zədələnib, neft anbarında isə yanğın baş verib. Hadisə yerində təcili yardım xidmətlərinin əməkdaşları fəaliyyətlərini davam etdirirlər.

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Moskva da daxil olmaqla ölkənin müxtəlif bölgələri üzərində 490 Ukrayna dronunun məhv edildiyini bildirib.

Moskva meri Sergey Sobyanin isə şəhərə doğru uçan təxminən 40 dronun zərərsizləşdirildiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ