ABŞ Prezidenti Donald Tramp 1979-cu ildən bəri ilk dəfə Oval Ofisdə Hasid yəhudi ravvinlərini qəbul edib.
Turkustan.az xəbər verir ki, İsrail mətbuatında yayılan xəbərlərə görə, Tramp Ağ Evdə bir qrup Hasid ravvini ilə görüş keçirib. Görüşdə ABŞ vitse-prezidenti Cey Di Vens, Trampın kürəkəni Cared Kuşner və ABŞ dövlət katibi Marko Rubio da iştirak edib.
Sosial mediada yayılan məlumatlarda ravvinlərin Trampa ABŞ administrasiyasının İsraillə münasibətlərini tənqid edən məktub təqdim etdikləri də iddia olunub.
Görüş Trampın 1979-cu ildən bəri Oval Ofisdə Hasid yəhudi ravvinlərini qəbul edən ilk ABŞ prezidenti olması baxımından diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az