“Ukraynada demoqrafik böhran geri dönülməz nöqtəyə çatıb və vəziyyəti yalnız Rusiya dəyişdirə bilər".
Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin müşaviri və Şərq İqtisadi Forumunun (ŞİF) təşkilat komitəsinin məsul katibi Anton Kobyakov forumun yekunlarına dair mətbuat brifinqində çıxış edib.
Kremlin rəsmisi Ukraynadakı mövcud demoqrafik vəziyyətin böhranı müstəqil şəkildə dəf etməyə imkan vermədiyini iddia edib.
Kobyakov Ukraynanı "məhv olmaqdan xilas etmək" üçün Rusiya əhalisinin bir hissəsinin Ukrayna ərazisinə köçürülməsini təklif edib.
Rusiya Prezidentinin müşaviri əlavə edib ki, Ukraynada hər dörd ölümə qarşılıq bir uşaq doğulur və bu, ölkənin "geri dönülməz nöqtəni keçdiyini" göstərir./Bizim.Media