NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə indi keçir


Almaniyanın F125 tipli “Sachsen-Anhalt” freqatında (hərbi dəniz donanmasında kiçik gəmi) İsrailin IAI aviasiya-sənaye korporasiyasının istehsalı olan LORA ballistik raketlərinin mövcudluğu qeydə alınıb.

Turkustan.az xəbər verir ki, bu barədə ixtisaslaşmış “TWZ” nəşri məlumat yayıb.

Məlumata əsasən, sentyabrın 2-də NATO qüvvələrinin tərkibində fəaliyyət göstərən bu gəminin göyərtəsindən ən azı iki belə raket buraxılıb. Müşahidəçilərin qiymətləndirməsinə görə, bu fakt silahın daimi əsasda rəsmi şəkildə arsenalına qəbul ediləcəyi təqdirdə Almaniyanın suüstü hərbi donanmasının uzaq məsafələrdə zərbə imkanlarının genişlənə biləcəyini göstərir.

Qeyd edək ki, LORA raketlərindən Azərbaycan ordusu daha əvvəl, 44 günlük Vətən müharibəsində istifadə edib. Belə ki, həmin raketlər 2020-ci ilin oktyabrında keçirilən əməliyyatların birində hədəfi uğurla vurub.

Sistemin texniki göstəricilərinə əsasən, raketin atış məsafəsi 100 kilometrdən 430 kilometrədək dəyişir. Döyüş sursatının çəkisi 1600 kiloqrama çatır.

Raket kvaziballistik trayektoriya üzrə hərəkət edir. Onun dairəvi ehtimal olunan yayınması isə hədəf nöqtəsindən 10 metrdən çox deyil./lent.az


MANŞET XƏBƏRLƏRİ