Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar.
Bu barədə Oxu.Az-a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib.
O bildirib ki, hadisə ilə əlaqədar icra hakimiyyətində xüsusi komissiya yaradılıb:
"Komissiya ərazidə araşdırma aparıb, təhlükəsizlik tam təmin edilməklə sakinlər evlərinə qaytarılıblar. Hazırda ərazidə vəziyyət stabildir".
Xatırladaq ki, sentyabrın 1-də gecə saatlarında Goranboy rayonunda anbarda baş verən partlayışla bağlı ətraf ərazilərdəki sakinlər təxliyə edilmişdilər.