Rusiyadan Zəngəzur AÇIQLAMASI: “Ermənistandan hərbi müdaxilə ola bilər”


“Tramp marşrutu”nun reallaşması ABŞ-ın Ermənistan ərazisində, İran sərhədinə yaxın bölgədə hərbi və kəşfiyyat imkanlarını genişləndirməsinə şərait yarada bilər”.

Turkustan.az xəbər verir ki, bu iddia ilə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov çıxış edib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçəcək marşrutun yaradılması Qərb ölkələrinə, xüsusilə də ABŞ-a bölgədə müxtəlif hərbi imkanlardan istifadə etmək şəraiti yarada bilər:

“Bu çərçivədə ABŞ öz qoşunlarını, özəl hərbi şirkətlərini və kəşfiyyat infrastrukturunu Ermənistan ərazisində, İran sərhədinin yaxınlığında yerləşdirə bilər”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ