Azərbaycan İsrail və Türkiyə arasında təmasların qurulmasında vasitəçilik edib, lakin son aylarda bu dialoq zəifləyib.
Turkustan.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti İsrailin yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.
İsrailli rəsmi münasibətlərin pisləşməsi və Suriya ilə bağlı artan gərginlik fonunda Türkiyəni düşmən deyil, “rəqib dövlət” kimi xarakterizə edib.
Rəsmi həmçinin bildirib ki, İsrail-Suriya təhlükəsizlik danışıqları qismən uğursuz olub, çünki İsrail strateji cəhətdən vacib hesab etdiyi "bufer zonası”ndan çıxmaqdan imtina edib./axar.az