Qarabağ Universitetinin məzunları Türkiyədə də işlə təmin ola biləcəklər


Bildiyimiz kimi Türkiyə Respublikasının Prezidenti R. T. Ərdoğanın imzaladığı fərmana əsasən İstanbul Texniki Universitetinin rektorluğuna bağlı Azərbaycan Respublikası Qarabağ Universiteti nəzdində akademik bölmələrin yaradılması qərara alınıb. Bu tənzimləmə elmi və akademik təcrübənin regiona ötürülməsini və Türkiyə ilə Azərbaycan arasındaki elmi və texnoloji əməkdaşlığı gücləndirməyi təmin etməyi hədəfləyir. Bu qərarın tətbiqinin işləyişi ilə bağlı İstanbul Texniki Universitetinin rektoru Prof. Dr. Hasan Mandala aydınlıq gətirməsi üçün müraciət etdim. Professor dedi ki:

- İlk öncə tək millət iki dövlət üçün xeyirli olsun. Prezidentin bu fərmanı yaxşı insan qaynağı, mütəxəssis yetişdirmək baxımından gözəl bir tətbiq olacaq. Uzun zamandır Azərbaycanın Təhsil Naziri və Türkiyənin Yüksək Öyrətim Qurumu başkanımızın koordinasiyasında bu məsələ ilə bağlı çaıışırdıq və nəhayət Prezidentin bununla bağlı qərarı təsiqləndi və yayımlandı. Hal-hazırda mühəndislik fakultəsində - kimya, elektrik-elektronik, inşaat, mexanika və çevrə mühəndisliyi olmaq üzrə beş bölümlə fəaliyyətə başladıq. Artıq tələbələrimiz var, inşallah Sentyabr ayının 15-də dərslərimiz başlayacaq. Bu il bəlkə az müəllim heyəti olacaq, amma növbəti illərdə sayı artacaq. Tələbələrimiz isə üç il Qarabağ Universitetində, bir il isə burada, bizim Universitetdə təhsil alacaqlar (bu illər üzrə dəyişə bilər), bu da tələbələrimizə həm Azərbaycan, həm Türkiyə təcrübəsi qazandıracaq. Müəllimlərimiz Azərbaycana gedib, gəlməyəcəklər, yəni, bütün dərs ili boyinca orada, Qarabağda olacaqlar.

Bu tələbələr həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin diplomlarını alacaqlar.

- Hocam, bu tələbələr məzun olduqdan sonra Türkiyədə də işlə təmin oluna biləcəklərmi?

- Bizim Universitetin məzunları İstanbulda və dünyada hansı səlahiyyətlərə və haqlara sahibdirlərsə, Qarabağ Universitetinin məzunları da eyni zamanda bizim Universitetin diplomunu alacaqları üçün eyni haqlara və səlahiyyətlərə sahib olacaqlar.

Yaqut Misirxanlı

İstanbuldan "Türküstan" qəzeti üçün

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ