Livan Prezidenti Cozef Aun İsrail tərəfindən saxlanılan ilk qrup məhbusun azad edilməsindən sonra ABŞ-İsrail danışıqları çərçivəsində əldə olunan razılaşmanın nəzərdə tutduğu addımların tamamlanmasının vacibliyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, Aun İsrail ordusunun Livanın cənubunda saxladığı beş nəfərin sərbəst buraxılmasından sonra yazılı açıqlama yayıb.
Məhbusların azad edilməsində göstərdiyi səylərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edən Aun əməliyyatda iştirak edən beynəlxalq tərəflərə, xüsusilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) minnətdarlığını bildirib.
Livan prezidenti ölkəsinin milli məqsədlərinə və tələblərinə nail olanadək səylərini davam etdirəcəyini qeyd edib. O, məhbusların azad edilməsini Livanın bütün tərəflərinin qətiyyətli mövqeyinin göstəricisi kimi qiymətləndirib.
Aun ABŞ-İsrail danışıqları nəticəsində əldə olunan çərçivə razılaşmasında nəzərdə tutulan bütün addımların tamamlanmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu addımlar “bir qarış torpaq və ya bir nəfər belə itirilmədən Livanın suverenliyinin tam bərpasını” təmin etməlidir.
Aytən Yaşar/ Turkustan.az