Avropa İttifaqı Almaniyadakı hava limanında təxribat cəhdinə cavab olaraq Rusiya vətəndaşlarının səyahətinə məhdudiyyətlər tətbiq edə və Rusiya nefti daşıyan tankerlərə qarşı sanksiyaları genişləndirə bilər.
Turkustan.az xəbər verir ki, Aİ nümayəndələri yaxın həftələrdə rusiyalılar üçün turist vizalarına əlavə məhdudiyyətlərin tətbiqi, rusiyalı diplomatların hərəkət imkanlarının daha da məhdudlaşdırılması və “kölgə donanması”na daxil olan gəmilərə qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcəklər.
Bildirilir ki, bu tədbirlər Rusiyanın Ukraynaya hərbi texnika daşınmasında istifadə edilən Leypsiq hava limanında təxribat törətmək cəhdinə qarşı Aİ-nin mümkün cavab tədbirlərinin ilk mərhələsi ola bilər.
Aytən Yaşar/ Turkustan.az